29 Yanvar 2017 21:54
916
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Seyfəli kəndində qeydə alınıb.

Kənd sakini, 1971-ci il təvəllüdlü İsmayıl Hüseynov və onun əmisi oğlu, 1963-cü il təvəllüdlü Ələmdar Hüseynov naməlum şəraitdə bıçaqlanıb.

Hər iki yaralı Şəmkir rayon mərkəzi xəstəxanasına çatdırılıb. Vaxtında tibbi yardım göstərildiyi üçün onların həyatını xilas etmək mümkün olub.

Hər iki yaralının vəziyyətinin ağır olduğu bildirilir.

İlkin məlumata görə, İsmayıl və Ələmdar Hüseynovlar kəndin kənarında bir qrup şəxslə mübahisə ediblər.

Onların mübahisəsi kütləvi davaya çevirilib və sonda da qanlı cinayət hadisəsi baş verib. Hadisənin pul borcu üstündə baş verdiyi bildirilir.

Şəmkir rayon polis şöbəsinin əməkdaşları cinayəti törədən şəxslərin müəyyən edilərək həbs edilməsi üçün əməliyyat tədbirləri görürlər.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər