Türkiyənin TRT televiziya kanalının keçmiş əməkdaşı Həmzə Günerigök Yunanıstana keçmək istəyərkən saxlanıb.
Teleqraf.com "Anadolu"ya istinadən xəbər verir ki, saxlanılarkən onun üzərindən 5 200 ABŞ dolları aşkar edilib.
Həmzə Günerigökün barəsində Fətullahçı Terror Təşkilatı/Paralel Dövlət Quruculuğuna (FETÖ/PDY) qarşı aparılan istintaq tədbirləri çərçivəsində zaminə buraxılmaqla həbs qərarı çıxarılmışdı.
Şübhəli Ədirnə şəhərində saxlanılıb.