Tovuz rayonunda ötən il baş verən cinayətin üstü açılıb.
Teleqraf.com xəbər verir ki, Tovuz rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Təranə Qurbanova saxlanılıb.
Təranə Qurbanova ötən il dekabrın 19-da rayon ərazisindəki evlərdən birindən 34 manat pul və 8500 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinib.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov