Bakının Səbail rayonunda bir neçə gün əvvəl törədilən qətlin üstü açılıb.
Teleqraf.com xəbər verir ki, qətl hadisəsi martın 4-də saat 6 radələrində rayonun Salyan yolu, 40 ünvanında qeydə alınıb.
“Məkan” kafesində Şamaxı rayon sakini, 1992-ci il təvəllüdlü Ceyhun Qurbanov naməlum şəxs tərəfindən bıçaqlanıb. Ürək nahiyəsindən xəsarət alan gənc xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Yardımlı rayon sakini, əvvəllər məhkum olunmuş Xəyyam Paşayev tutulub.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov