Bakının Suraxanı rayonunda oğurluq edən iki yeniyetmə həbs edilib.
Teleqraf.com xəbər verir ki, bu il yanvarın 2-dən başlayaraq rayon ərazisində 7 evdən elektrik naqili, inşaat materialları, geyim və məişət əşyaları, habelə 1 avtomobildən akkumulyator oğurlanıb.
Baş verən oğurluq hadisələri ilə bağlı Suraxanı rayon Polis İdarəsinin 30-cu polis bölməsinə məlumat daxil olub. Keçirilən əməliyyat nəticəsində oğurluq hadisələrini törədən 2 nəfər həbs edilib. Hər iki saxlanılan şəxsin yeniyetmə olduğu bildirilir.
İstintaq orqanı həbs olunan şəxslərin yetkinlik yaşına çatmadığı üçün adlarını açıqlamayıb.
Məlumata görə, həmin şəxslər oğurluq yolu ilə əldə etdikləri pulları gecə klublarında və əyləncə yerlərində xərcləyiblər. Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov