Tovuz rayonunda 17 yaşlı qız intihara cəhd edib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Qovlar şəhərində qeydə alınıb.
17 yaşlı Ülviyyə Mübarizqızı sirkə turşusu içərək intihara cəhd edib, O, zəhərlənmə diaqnozu ilə Tovuz Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.Ona tibbi yardım göstərib.
Daha bir intihara cəhd edilməsi Hacıqabul şəhərində qeydə alınıb. Şəhərin İsrafil Məmmədov küçəsi 80 ünvanında yaşayan 18 yaşlı Şəbnəm Bədəlova çoxlu sayda həb içərək özünə qəsd etmək istəyib. O, yaxınlarının köməyi ilə Şirvan
Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona tibbi yardım göstərilib.
Hər iki faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov