Xırdalan şəhərində silahlı insident baş verib. Teleqraf.com xəbər verir ki, hadisə şəhər ərazisində çay evlərindən birinin qarşısında qeydə alınıb.
Silahlı insident zamanı 1970-ci il təvəllüdlü Valeh Nəcəfov və 1985-ci il təvəllüdlü Xəyal Paşayev odlu silahlı güllənib.
Valeh Nəcəfov hadisə yerində ölüb, Xəyal Paşayev isə ağır vəziyyətdə xəstəxanaya gətirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinin müayinəsi zamanı ölən şəxsin əlində “Makarov” tipli tapança aşkar edilib. Ölən və yaralan şəxs pul borcu üstündə mübahisə ediblər.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov