4 Aprel 2017 12:29
420
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elçin Əlimərdanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Elçin Əlimərdanov barəsində 2 il sınaq müddəti təyin edilməklə şərti cəza seçilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Elçin Əlimərdanov qonşusun həbsdə olan qohumunu azad etdirəcəyini vəd edib. O, qonşusunun etibarından sui-istifadə edərək 17 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib, lakin vədinə əməl etməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər