Bakının Qaradağ rayonunda oğurluq edilib.
Teleqraf.com xəbər verir ki, Lökbatan qəsəbəsində yerləşən “Binə” ticarət mərkəzində mağazadan 600 cüt əlcək oğurlanıb.
Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsi əməkdaşları tərəfindən oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Ramil Nurəliyev tutulub.
Onun aprelin 6-da daha bir mağazadan 600 cüt əlcək oğurlaması da müəyyən edilib.
Hacı Zeynalov