Bakı Metropolitendə oğurluqla məşğul olan şəxs polis tərəfindən yaxalanıb. Teleqraf.com xəbər verir ki, Metropolitendə polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Cümşüd Qocayev tutulub.
Cümşüd Qocayev metronun “28 May” stansiyasının platformasında Sumqayıt şəhər sakini olan bir qadının çantasından içərisində 122 manat, sənəd və açarlar olan pul qabını oğurlamaqda şübhəli bilinib.
Cümşüd Qocayevin əvvəllər də məhkum olunduğu bildirilir.
Hacı Zeynalov