Teleqraf.com xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
O, Leyla Əkbərovanın 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Növbəti proses mayın 10-da davam edəcək
Leyla Əkbərova 150 min manat məbləğində pulu dələduzluq yolu ilə mənimsəməkdə ittiham edilir. Vətəndaşları işə düzəltmək adı ilə aldadan Leyla Əkbərova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə ittiham edilir.
O, Binəqədi Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Şöbəsinin keçmiş rəisi Mahir Əkbərovun həyat yoldaşıdır.
Hacı Zeynalov