Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, Baş İdarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ 2106" markalı minik avtomobili Bakı şəhəri, Xətai prospektində saxlanılıb.
Avtomobilə baxış keçirən gömrükçülər 22180 ədəd aksiz markasız xarici markalı siqaret aşkar edib.
Faktla bağlı araşdırma aparılır.