Bakının Binəqədi rayonu ərazisində yaşayış evinə basqın edilib.
Teleqraf.com xəbər verir ki, naməlum şəxs Bakı şəhər sakini Rasim Şirəliyevi bıçaqla hədələyərək pul tələb edib, səs-küy yarandığından istədiyinə nail ola bilməyərək hadisə yerini tərk edib.
Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Qüdrət İbrahimov tutulub.