18 Sentyabr 2017 12:40
983
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən Səlim Məmmədovun vəkili Cavid Rzazadə çıxışını davam etdirib.

Cavid Rzazadə çıxışında polkovnik Səlim Məmmədovun barəsində bəraət hökmü çıxarılmasını, dərhal həbsdən azad edilməsini, özünü və ailə üzvlərinin əmlaklarının üzərinə qoyulan həbsin götürülməsini, mənzildə axtarış zamanı götürülən əşyaların qaytarılmasını istəyib.

Həmçinin, vəkil zərərçəkənlər tərəfindən irəli sürülən mülki iddiaların təmin edilməməsini xahiş edib.

Bundan sonra Akif Çovdarovun vəkili Sadiq Rəsulov müdafiə çıxışına başlayıb. Hazırda Sadiq Rəsulov çıxışı davam etdirir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər