20 Sentyabr 2017 14:35
1 087
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:47

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə baş tutan prosesdə A.Çovdarovun vəkili Sadiq Rəsulov müdafiə çıxışı edib.

S.Rəsulov sabiq MTN generalının günahsız olduğunu, ittihamları qəbul etmədiyini deyib. S.Rəsulov A.Çovdarovun barəsində bəraət hökmünün çıxarılmasını istəyib. S.Rəsulovdan sonra özü müdafiə nitqi söyləyəcək.

Hazırda proses davam etdirilir.

***

Günün ikinci yarısında Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə Akif Çovdarovun vəkili Sadiq Rəsulov müdafiə çıxışını başa çatdırıb.

İclasda daha sonra Akif Çovdarovun digər vəkili Kamandar Nəsibov müdafiə nitiq söyləyib.

Kamandar Nəsibov da Akif Çovdarovun günahsız olduğunu, ittihamları qəbul etmədiyini bildirib. O, müvəkkilinin barəsində bəraət hökmünün çıxarılmasını tələb edib.

Hazırda proses davam etdirirlir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər