Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Bağırov küçəsi, 25 ünvanında 1988-ci il təvəllüdlü İsmayıl Əhmədov tanımadığı şəxslə mübahisə edib.
Nəticədə həmin şəxs İsmayıl Əhmədova iki dəfə bıçaq xəsarəti yetirib və hadisə yerindən qaçıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanıb.