17 Noyabr 2017 15:21
2 991
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Kriniçanks rayonunun Malo Mixaylovka kəndində 2 azərbaycanlı saxlanılıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, onlar 76 yaşlı kənd sakininə qarşı soyğunçuluq etməkdə ittiham olunur.

Məlumatlara görə, qoz satmaqla məşğul olan 2 gənc kəndə eyni məqsədlə gəlib. Ancaq onlardan meyvə alan pensiyaçının pullarını gördükdə fikirlərini dəyişiblər.

Gənclərdən biri təşəkkür əlamət olaraq, yaşlı qadını qucaqlayanda, o birisi pensiyaçının cibindəki pulqabını götürüb. Bunu hiss edən qadın səs-küy salıb. Hadisə yerinə gələn polis hər iki şəxsi saxlayıb.

Araşdırmalar zamanı hər iki şəxsin Rusiya ərazisinə qanunsuz daxil olduğu aşkarlanıb.

Günahları sübuta yetirilərsə, gəncləri 6 ilədək həbs cəzası gözləyir.


Müəllif: Samir

Oxşar xəbərlər