27 Noyabr 2017 13:31
731
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qətl törərməkdə təqsirli bilinən Fərhad Musayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Fərhad Musayev 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə bu il martın 26-da Nəsimi rayonu, BülBül prospektindəki “Do Re Mi” klubunda baş verib. Klubda inzibatçı işləyən Bakı şəhər sakini Fuad Musayevlə müştərilərdən Telman Məmmədov arasında mübahisə yaranıb.

Mübahisə zamanı Fuad Telmana bir yumruq zərbəsi vurub. Telman Məmmədovun başı yerə dəydiyindən halı pisləşib. Vəziyyətinin ağır olduğunu görən Fərhad Musayev onu Xırdalandakı evinə gətirib. Bir neçə saat ağır vəziyyətdə qalan Telman Məmmədov orda dünyasını dəyişib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər