30 Noyabr 2017 12:28
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

MTN-in Binəqədi rayon şöbəsinin sabiq rəisi, polkovnik-leytenat Rafiq Səfərovun əmlakı ilə bağlı qərar açıqlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Bakı Hərbi Məhkəməsinin bu gün çıxarılan hökmündə qeyd olunub.

Onun mülkü üzərinə həbs qoyulması barədə məhkəmə qərarı qüvvədə saxlanılıb.

Rafiq Səfərovun Mərdəkan qəsəbəsində yerləşən mülkünün dəyəri 250 min manatdır. O, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə şahid qismində dindirilib.

Hazırda Rafiq Səfərovun barəsində cinayət işi Ağır Cinayətlərə Dair İşlət üzrə İstintaq İdarəsində araşdırılır. O, sahibkar Sahib Qurbanovdan hədə-qorxu yolu ilə pul tələb etməkdə suçlanır.

Rafiq Səfərovun barəsində cinayət işi açılsa da, o həbs edilməyib.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinim hökmü ilə bu gün Elçin Quliyev 10 il 6 ay, Azər Mehdiyev 8 il müddətinə azadlıqdan məhrum edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər