6 Dekabr 2017 16:43
1 386
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Xəqani Əliyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mayıl Bayramovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İttihama görə, hadisə bu il mayın 12-də Bakının Xəzər rayonu Zirə qəsəbəsində baş verib.

1992-ci il təvəllüdlü Xəqani Əliyev qonşusu Ələkbər və Emin Əliyevləri bıçaqlayıb.

Hər iki yaralı döş qəfəsinin kəsilmiş-deşilmiş yaraları ilə 3 saylı şəhər xəstəxanasına gətriliblər. Dərhal əməliyyat edilən yaralıların həyatını xilas etmək mümkün olub.

Hadisədən sonra qaçıb gizlənən Xəqani Əliyevi Xəzər rayon Polis İdarəsinin cinayət axtarış şöbəsinin əməkdaşları saxlayaraq istintaqa cəlb ediblər. Saxlanılan Xəqani Əliyev ilkin ifadəsində bildirib ki, gecə vaxtı qonşunun hasarına söykənib və vayfaydan istifadə edirmiş. Bu vaxt qonşu onun bu hərəkətinə irad bildirib. Səsə gələn digər şəxslər də Xəqani Əliyevə bunu irad tutaraq onunla mübahisə etməyə başlayıblar. Daha sonra o, evə qayıdıb, mətbəxt bıçağını götürərək yenidən həmin məhləyə gəlib. Elə qanlı cinayət də bu zaman olub.

Xəqani Əliyev Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilir.

Məhkəmənin baxış iclası dekabrın 18-nə təyin edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər