Bakıda quldurluqda təqsirləndirilən 1996-cı il təvəllüdlü Yusif Nəbiyev və 1992-ci il təvəllüdlü Murad Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Yusif Nəbiyev 9 il, Murad Həsənov 3 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin oğurluq, quldurluq və soyğunçuluq maddələri ilə təqsirli bilinir. Onlar paytaxtda özlərini vətəndaşlara “kriminal avtoritet” kimi təqdim ediblər.
Murad Həsənov ona qarşı irəli sürülən ittihamların heç biri ilə özünü təqsirli bilməyib.
Xatırladaq ki, Yusif Nəbiyevin atası Mehman Nəbiyev qətl törətdiyinə görə hazırda məhkumluq həyatı yaşayır.
Hacı Zeynalov