Bakının Nəsimi rayonunda üç nəfər birləşərək bir nəfəri öldürməklə hədələyiblər.
Teleqraf.com xəbər verir ki, hadisə dekabrın 12-də saat 3.00-da rayonunun Moskva prospektindəki kafelərin birində qeydə alınıb.
3 naməlum şəxs Bakı şəhər sakini Rüfət Quliyevi öldürəcəkləri ilə hədələyib, onun 1000 avro və 200 manatını alıblar.
Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinənlərdən biri - paytaxt sakini olan bir yeniyetmə saxlanılıb.
Digərlərinin tutulması üçün əməliyyat tədbirləri görülür.