15 Dekabr 2017 11:58
1 613
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qubada həmkəndlisini bıçaqlamaqda təqsirli bilinən Həbibulla Heydərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Həbibulla Heydərov 6 il 6 ay müddətə azadlıqdan məhrum edilob.

İttihama görə, Quba rayonunda kafelərdən birində Həbibulla Heydərov tanışı Nəcəf Əsgərovla spirtli içki qəbul edib. Sərxoş olan tanışlar bir-biri ilə şit zarafat ediblər.

Nəcəf Əsgərovun tanışının atası və anası haqqında etdiyi zarafatlar sonuncunun xoşuna gəlməyib. O, stolun üstündə olan bıçaqla Nəcəf Əsgərovu vurub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər