18 Dekabr 2017 19:24
764
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Yeni Yasamal yaşayış massivində 1990-cı il təvəllüdlü Coşqun Məmmədov tanımadığı şəxslə əlbəyaxa olub.

Dava zamanı Coşqun Məmmədov həmin şəxs tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov