19 Dekabr 2017 14:42
949
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda dələduzluqda təqsirli bilinən Sədi Cəfərovun cinayət işi üzrə məhkəmə baş çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə onun cəzası 2 il artırılıb və 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

İttihama görə, Sədi Cəfərov bir neçə vətəndaşa qarşı iş düzəltmək adı ilə dələduzluq edib. O, bir neçə il bundan qabaq Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. O, 10 saylı cəzaçəkmə müəssisində cəza çəkir.

Sədi Cəfərov cəza çəkən zaman məlum olub ki, o, əvvəllər iki vətəndaşa qarşı da dələduzluq edib. İş düzəltmək adı ilə bir şəxsdən 17 min manat, digərindən isə 3 min manat alıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər