25 Dekabr 2017 19:58
697
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlilabad rayonunda oğurluq olub.

Teleqraf.com xəbər verir ki, Göytəpə şəhər sakini Samir Babayev evinə oğru girdiyi barədə rayon polis şöbəsinə müraciət edib.

Şikayətçi evindən 3200 manat nağd pul, qızıl-zinət əşyaları və televizorun oğurlandığını bildirib.

Araşdırmalar nəticəsində oğurluğun zərərçəkmişin qonşuları tərəfindən törədildiyi müəyyən edilib.

Tezliklə Elşən Bayramov və İntiqam Dadaşov saxlanılaraq istintaqa təhvil veriliblər.

Həmin şəxslərdən oğurladıqları televizor maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər