Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, 1988-ci il təvəllüdlü rayon sakini Saleh Rüstəmov naməlum şəraitdə bıçaqlanıb. Yaralı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub. Cərahiyyə şöbəsində olan yaralının vəziyyətini ağır olduğu bildirilir.
Məlumata görə, Saleh Rüstəmov həmyerlisi tərəfindən bıçaqlanıb. Cinayəti törədən şəxs hadisə yerindən qaçıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.