11 Yanvar 2018 12:02
1 126
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda iş adamlarına qarşı dələduzluq etməkdə təqsirli bilinən Aygün Rəhimovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Aygün Rəhimova 6 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Aygün Rəhimova iş adamı Qüdrət Məmmədova şərikli biznes qurmaq adı ilə ondan 85 min manat alıb. Amma qadın verdiyi vədə əməl etməyərək, Qüdrət Məmmədovun pulunu ələ keçirib.

Daha sonra "Ayfon" telefonunun alğı-satqısı adı ilə yenə Qüdrət Məmmədovdan 14 min manat alıb.

Bundan başqa, Aygün Rəhimova iş adamı Surxay Məmmədova qızıl əşyaları satmaq adı ilə 55 min manat alaraq, mənimsəyib.

Cinayət işinin materiallarında Aygün Rəhimovanın 150 min manat yaxın pulu ələ keçirməsi qeyd olunub.

Aygün Rəhimova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə ittiham edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər