6 Avqust 2014 15:58
936
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəran şəhərində bazarda cibgirlik edən şəxs həbs edilib.

Bu barədə Teleqraf.com-a Lənkəran şəhər Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, cibgirlik hadisəsi avqustun 1-də Lənkəran şəhərinin ərazisindəki bazarda baş verib. Türkəkəran kənd sakini Xoşgül Həsənovanın cibindən 180 manat oğurlanıb.

Qadının cibindən oğurluq edən Elman Əlizadə Lənkəran Rayonlarası Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində tədbir görülməsi üçün polis şöbəsinə təhvil verilib. Elman Əlizadə əvvəllər məhkumluq həyatı yaşayıb.

Hacı Zeynalov


Müəllif: