6 Avqust 2014 17:24
1 542
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yevlax şəhər sakini, 1978-ci il təvəllüdlü Zaur İsmayılov baldızına sataşan həmyerlisi Elşən Mirzəyevi döyüb.

Teleqraf.com-un xəbərinə görə, hadisə Yevlax şəhərinin avtovağzalında olan kafedə baş verib.

Məlumata görə, Zaur İsmayılov həmyerlisini həmin kafeyə çağırıb. O, Elşən Mirzəyevə baldızına söz atmasına görə iradını bildirib. Bu zaman onların arasında mübahisə yaranıb. Mübahisə zəminində Zaur İsmayılov həmyerlisini təhqir edib və daha sonra da döyüb. Hadisə zamanı Elşən Mirzəyev xəsarət alıb.

Yevlax rayon Məhkəməsindən Teleqraf.com-a verilən məlumata görə, Zaur İsmayılov Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə ittiham olunub. Məhkəmənin hökmü ilə Zaur İsmayılovun aylıq qazancının 15 % dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri cəzasına məhkum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər