Bakıda qətl törətməkdə təqsirləndirilən Murad Zəkiyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclas martın 3-ə təyin edilib.
İttihama götə, ötən ilavqustun 14-də Qaradağ rayonnunu Lökbatan qəsəbəsi ərazisində qəsəbə sakini Ruslan Dəmirovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.
Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsi əməkdaşları tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, qəsəbə ərazisində Ruslan Dəmirovla həmyerlisi Murad Zəkiyev arasında münaqişə baş verib.
Murad Zəkiyevin Ruslan Dəmirovun sinə nahiyəsinə yumruqla vurması nəticəsində sonuncu yıxılaraq ölüb. Əməliyyat-axtarış tədbirləri ilə Murad Zəkiyev tutulub.