26 Fevral 2018 11:00
876
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda barda qətl törərməkdə təqsirli bilinən Fərhad Musayevin barəsində hökmdən apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Fərhad Musayevin cəzasının yüngülləşdirilməsi barədə verdiyi apelyasiya şikayəti təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fərhad Musayev 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə ötən il martın 26-da Nəsimi rayonu, Bülbül prospektindəki “Do Re Mi” klubunda baş verib. Klubda inzibatçı işləyən Bakı şəhər sakini Fərhad Musayevlə müştərilərdən Telman Məmmədov arasında mübahisə yaranıb.

Mübahisə zamanı Fərhad Telmana bir yumruq zərbəsi vurub. Telman Məmmədovun başı yerə dəydiyindən halı pisləşib. Vəziyyətinin ağır olduğunu görən Fərhad Musayev onu Xırdalandakı evinə gətirib. Bir neçə saat ağır vəziyyətdə qalan Telman Məmmədov orda dünyasını dəyişib.

Hadisə zamanı Telman Məmmədov içkili olub və Fərhad Musayevlə mübahisə edib. Hadisə baş verən gün müğənni Elvin Babazadənin klubda solo proqramı var imiş.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər