Bakının Səbail rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki evlərin birindən 4000 manat və sənəd oğurlanması barədə 39-cu polis bölməsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Rasim Məmmədov saxlanılıb.