6 Mart 2018 14:47
1 688
12 Punto 14 Punto 16 Punto 18 Punto

Jurnalist Bahar Rüstəmlinin evində ötən il baş vermiş oğurluq hadisəsi ilə bağlı hələlik həbs edilən yoxdur.

Bu barədə Teleqraf.com-a məlumat verən Bahar Rüstəmli bildirib ki, martın 5-də zərərçəkmiş şəxs qismində Bakı şəhər Baş Polis İdarəsinin istintaq şöbəsinə çağırılıb:

“Məni İstintaq Baş idarəsinin rəisi qəbul etdi və 2017-ci il fevralın 8-də yaşadığım mənzildə baş vermiş oğurluq hadisəsi ilə bağlı dindirildim. Şöbə rəisinə ətraflı məlumat verdim. Bildirdim ki, Binəqədi rayon Polis İdarəsində cinayət işi açılsa da, cinayəti törədənlər həbs edilməyib”.

Jurnalistin sözlərinə görə, cinayət işi üzrə materiallar Binəqədi rayon Polis İdarəsindən alınıb və araşdırma aparılması üçün Bakı şəhər Baş Polis İdarəsinə həvalə edilib: “İdarədə mənə bildirdilər ki, fakt üzrə cinayət işi başlanıb, istintaq hərəkətləri aparılır. Rəis məlum oğurluq hadisəsini törədən şəxs və ya şəxslərin tez bir zamanda müəyyən edilərək həbs olunacağına söz verdi”.

Qeyd edək ki, 2017-ci il fevralın 8-də Biləcəri qəsəbəsində jurnalist Bahar Rüstəmlinin evi qarət olunub. Naməlum şəxs və ya şəxslər jurnalistin evindən təxminən 1500-2000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıblar.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər