Keşlə Dəmiryolu stansiyasının ərazisində teplovozdan oğurluq edilib.
Teleqraf.com xəbər verir ki, 60 litr dizel yanacağı oğurlamağa cəhd göstərmiş həmin teplovozun maşinisti və köməkçisi NBPİ-nin Keşlə Xətt Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla əlaqədar təhqiqat araşdırmalarına başlanılıb.
Məlum olub ki, bu onların ilk cinayəti deyil.
Belə ki, adıçəkilən şəxslər dəfələrlə işlədikləri yerdən dizel yanacağı oğurlayaraq satıblar.