Sumqayıtda bir qrup vətəndaşdan 4 kiloqramdan artıq civə götürülüb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakinləri Eldar Rüstəmovdan, Nəsimi Həsənovdan, Telman Paşayevdən və Bakı şəhər sakini İlyas Tağıyev həbs olunublar. Onlardan 4 kiloqram 600 qram gümüşü rəngli civə götürülüb.
Faktla əlaqədar cinayət işi başlanıb.
Hacı Zeynalov