10 Avqust 2014 13:43
909
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsmayıllı rayonunda klublardan birində yanğın baş verib.

Teleqraf.com FHN-in rəsmi saytına istinadən xəbər verir ki, İsmayıllı rayonu, Soltankənd kəndində (rayon mərkəzindən 25 km aralı) ümumi sahəsi 800 kv.m olan klubun dam örtüyünün yanar konstruksiyaları 600 kv.m sahədə yanıb. Klubun qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 06:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: