8 İyun 2018 13:43
935
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda dələduzluq faktı qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, iyunun 7-də 20-ci polis bölməsinə müraciət edən əcnəbi vətəndaş bildirib ki, 2017-ci ilin fevral ayından cari il mart ayınadək olan müddətdə Sevinc adlı şəxsin paytaxt ərazisində onun alması üçün ev tapacağına vəd verib, bu yolla aldadaraq ondan 77000 manat salıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Sevinc Mirzəyeva müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər