11 İyun 2018 17:30
2 505
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonunun Buzovna qəsəbəsindəki evlərin birindən oğurluq edilməsi barədə 2-ci polis şöbəsinə məlumat verilib.

Hadisə yerinə polis əməkdaşları gəlib.

Araşdırmalar zamanı məlum olub ki, evdən 23 manat və 300 manat dəyərində qızıl boyunbağı, eləcə də məişət əşyaları oğurlanıb.

Polisin keçirdiyi əməliyyat nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 7 qəsəbə sakini saxlanılıb.


Müəllif: Hacı Zeynalov