Mingəçevir şəhərində 4 nəfər gənc marketdən oğurluq edib.
Teleqraf.com xəbər verir ki, hadisə Aydın Məmmədov küçəsində yerləşən “Zaur” marketdə baş verib.
Adıçəkilən marketdə açıq olduğu bir vaxtda oğurluq hadisəsi baş verib. Oğurluq kameraya düşüb. Əldə edilən qeyri rəsmi məlumata əsasən isti izlərlə oğurluq hadisəsinini izi ilə əməliyyat keçirən Mingəçevir Polisi hadisəni törədən şəxsləri aşkar edərək saxlayıb.Məlum olub ki, hadisə adları hələki dəqiqləşdirilməmiş təxminən 16-18 yaşlı 4 nəfər gənc tərəfindən törədilib.Onların bir qismi satıcını məşğul edərkən digərləri oğurluq niyətini həyata keçirib.Amma naşılıqları səbəbindən kameraya çəkildiklərindən xəbərsiz olublar.Necə deyərlər bayramsayağı oğurluq olub.
Faktla bağlı araşdırma aparılır.