12 İyul 2018 07:18
752
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda kütləvi dava olub.

Teleqraf.com xəbər verir ki, hadisə Nardaran qəsəbəsində qeydə alınıb.

Gecə saatlarında "Dəniz yolu" adlanan ərazidə 1993-cü il təvəllüdlü Əliyev Hacıağa Nizami oğlu və tanışı 3 naməlum şəxlə əlbəyaxa dava edib. Nəticədə H.Əliyevin qarın nahiyəsinə iki bıçaq zərbəsi vurulub.

Yaralı ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi və 42-ci Polis Bölməsinin əməkdaşları hadisə yerinə cəlb edilib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxslərin axtarışına başlanılıb.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər