14 İyul 2018 14:40
952
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuz rayonunda polis əməkdaşları silah-sursatın aşkar olunması istiqamətində əməliyyat keçiriblər.

Teleqraf.com xəbər verir ki, Tovuz rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Aşağı Öysüzlü kəndində yaşayan, əvvəllər məhkum olunmuş Aftandil Aslanov saxlanılıb.

Onun evindən “F-1” qumbarası aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov