Bakıda ata-anasını döyməkdə təqsirli bilinən 1984-cü il təvəllüdlü Natiq Piriyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Natiq Piriyev 6 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Natiq Piriyev dəfələrlə ata-anasını döyüb, onlara hədə-qorxu gəlib.
Natiq Piriyev yaşadıqları evi satmaq istəsə də, ata-anası buna etiraz edib. Bundan sonra Natiq Piriyev atası Quludan və anası Kəmalədən pul tələb edib. Əks halda onları öldürməklə hədələyib.
Bildirilir ki, Natiq Piriyev narkotik aludəçisi olub. O, dəfələrlə özünə xəsarət yetirib.
Sonuncu dəfə həbsxanada boyun nahiyəsinin kəsərək özünü öldürmək istəyib.