Türkiyənin Bursa şəhərində gəlin yaşlı qayınanasını küçənin ortasında döyüb.
Teleqraf.com xəbər verir ki, ruhi xəstə olan qayınananın tez-tez gəlini tərəfindən döyüldüyü məlum olub. Sonuncu xoşagəlməz hadisə isə günün günorta çağı hər kəsin gözü qarşısında baş verib.
Şahidlərin dediyinə görə, gəlin qayınanasını ağır sözlərlə təhqir edəndən sonra onu döyməyə başlayıb. Görüntülər ətrafdakılar tərəfindən telefonun kamerası ilə yaddaşa köçürülüb.