Azərbaycanda dələduzluq edən şəxs Rusiyada saxlanılıb.
Teleqraf.com xəbər verir ki, axtarışda olan Çingiz Qasımov Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsi, İnterpolun Milli Mərkəzi Bürosu və Nəsimi rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyasının ərazisində saxlanılması mümkün olub.
O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olub.
Çingiz Qasımov Azərbaycana ekstradisiya olunub.