Bakının Xətai rayonunda qətl hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, oktyabrın 23-də saat 19 radələrində rayon ərazisində Bakı şəhər sakini, 24 yaşlı Səriyyə Abdullayevanın yaşadığı mənzildə qətlə yetirilib.
Qətl hadisəsi ilə bağlı polis və prokurorluq orqanları əməkdaşları müvafiq tədbirlər həyata keçirib.
İstintaq və əməliyyat tədbirləri ilə qadının yaşadığı evdə keçmiş əri, Hövsan qəsəbə sakini, əvvəllər məhkum olunmuş İlkin Abdullayev tərəfindən münaqişə zəminində bıçaqla qətlə yetirildiyi müəyyən edilib.
Təxirəsalınmaz tədbirlərlə qəsdən adam öldürməkdə şübhəli bilinən İlkin Abdullayev saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.