Bakıda külli miqdarda dələduzluqda təqsirləndirilən İntiqam İsmayıloğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
İntiqam İsmayıloğlu 6 il azadlıqdan məhrum edilib.
İttihama görə, İntiqam İsmayıloğlu Bakı şəhər sakini Svetlana Əhmədovanın 70 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.
İstintaq orqanı tərəfindən İntiqam İsmayıloğlunun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.