Bakının Nəsimi rayonunda soyğunçuluq hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Xətai prospektində naməlum şəxs Bakı şəhər sakini Ələsgər Fətullayevin üz nahiyyəsindən yumruqla vuraraq cibində olan 1000 manat pulunu götürərək qaçıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, soyğunçuluqda şübhəli bilinən, 1994-cü il təvəllüdlü Cahangir Eyvazov və 1993-cü il təvəllüdlü Rəşad Dadaşzadə tutulublar.
Hacı Zeynalov