25 Avqust 2014 12:43
1 002
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonu ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Quba rayon sakini Hümbət Qafarov idarə etdiyi “VAZ-2106” markalı avtomobili Samur-Abşeron kanalına aşırıb. H.Qafarov suda boğulub, onun meyiti çıxarılıb.

Daha bir yol qəzası Göygöl rayonunun Hacıməlik kəndində qeydə alınıb. Kənd sakini Tural Nağıyev idarə etdiyi “VAZ-2107” markalı avtomobili yol ayırıcısına vurub və hadisə yerində ölüb. Ölümlə nəticələnən daha bir yol qəzası Göygöl rayonunun Quşqara kəndində baş verib.

Mingəçevir şəhər sakini Elməddin İsmayılov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Kəlbəcər rayon sakini Zaur Talıbovu vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Hacı Zeynalov


Müəllif: