10 Dekabr 2018 10:03
785
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində qətl hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, şəhər ərazisində Gədəbəy rayon sakini, 1987-ci il təvəllüdlü Elvin Katibli naməlum şəraitdə bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Tibbi yardım göstərilməsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Polis və prokurorluq əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində qətli törətməkdə şübhəli bilinən Kəlbəcər rayon sakini, 1991-ci il təvəllüdlü Azər Nağıyev həbs edilib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər